Menu

“Fənərbağça” Ərsun Yanalla son oyunu da uduzub

03.03.2020, 23:46
“Fənərbağça” Ərsun Yanalla son oyunu da uduzub

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində bir qarşılaşma keçirilib.

“Trabzonspor” öz meydanında “Fənərbağça”nı qəbul edib. Qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb.

Fasilədən iki qol vuran meydan sahibləri görüşü qələbə ilə başa vurub. “Fənərbağça” bu toplardan yalnız birinin əvəzini çıxa bilib. İstanbul klubunun baş məşqçisi postundan istefa verən, bu qarşılaşmada sonuncu dəfə komandaya rəhbərlik edən Ərsun Yanal “sarı-lacivərdlilər”dən məğlubiyyətlə ayrılıb. Bu komandalar arasında cavab matçı aprelin 21-də baş tutacaq.

Qeyd edək ki, martın 4-də keçiriləcək digər yarımfinalda “Antalyaspor” öz meydanında “Alanyaspor”la görüşəcək.

Türkiyə kuboku 

Yarımfinal 

İlk oyun 

3 mart 

“Trabzonspor” – “Fənərbağça” – 2:1 

Sorlot, 46, Novak, 66 – Muriqi, 82

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol