Menu

"İdlibdəki vəziyyət bizim birbaşa müdaxiləmizi tələb edir" - PUTİN

05.03.2020, 15:36
"İdlibdəki vəziyyət bizim birbaşa müdaxiləmizi tələb edir" - PUTİN

Suriyanın İdlib əyalətindəki vəziyyət o dərəcədə kəskinləşib ki, bizim birbaşa müdaxiləmizi tələb edir.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

İdlibdə türkiyəli hərbçilərin həlak olması məsələsinə toxunan V.Putin o bölgədə onların olması barədə heç kimin məlumatı olmadığını deyib.

Ərdoğan öz növbəsində əlavə edib ki, danışıqlar İdlibdəki vəziyyətin həllinə kömək edəcək.

Qeyd edək ki, hazırda Moskvada V.Putinlə R.T.Ərdoğanın görüşü keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol