Rusiyanın Aralıq dənizinə «Kalibr» raketləri ilə silahlanmış iki freqat göndərməsi həm də terrorçular üçün (oxu: Suriya silahlı müxalifəti - red.) qorxuducu tədbir sayılmalıdır. Bu barədə Qara dəniz Donanmasının komandanı (1996-1998 illər) admiral Viktor Kravçenko bəyan edib.
Bundan əvvəl Rusiyanın Qara dəniz Donanması xəbər vermişdi ki, freqtlar «Admiral Makarov» və «Admiral Qriqoroviç» Türkiyənin Bosfor və Dardanel boğazlarını keçir. Sonradan Rusiyanın Aralıq dənizindəki daimi qruplaşmasına qoşulacaq gəmilər Sevastopoldan çıxaraq, planlı keçid həyata keçirirlər.
«Fikir verin, dünyanın harasında mürəkkəb vəziyyət yaranırsa, Amerika Birləşmiş Ştatlarının (ABŞ) gəmiləri mütləq orada iştirak edir. Biz, nə üçün iştirak etməyək? Bu, ola bilsin ki, həm də bir qorxuducu tədbirdir. Bizim gəmilərin orada yerləşməsi həm də hövzədə üzən gəmilərimizin qorunması üçün lazımdır» - Kravçenko bildirib.
Baltik donamasının (Rusiya) komandanı (2001-2006 illər) admiral Vladimir Valuyev isə bəyan edib ki, ehtiyac yaranacağı təqdirdə gəmilər Rusiyanın Suriyadakı ordu qruplaşmasına kömək məqsədilə, «Kalibr» raketlərini hərəkətə gətirə bilərlər. Admiral dəqiqləşdirib ki, bu, yalnız Rusiya müdafiə nazirinin icazəsi ilə baş verə bilər. O, həm də hesab edir ki, gəmilər Aralıq dənizində «Rusiya qüvvələrinin balansını saxlamaq» məqsədilə yola düşüblər.
Ümumrusiya Donanmanın Dəstəklənməsi (ÜDD) hərəkatının sədri, birinci dərəcəli kapitan Mixail Nenaşev bəyan edib ki, «Kalibr»lərlə silahlanmış iki gəmi - terrorçülara aydın siqnaldır.
««Kalibr»lərin həm də terrorçulara və onların havadarlarına tanış olması bizim orada yerləşən qüvvələrin və Suriya qanuni hakimiyyətinin yetərincə gücləndirilməsi deməkdir» - Nenaşov əlavə edib.
Buradan açıq-aydın görünür ki, Rusiya bölgədə sabitliyə nail olmaq əvəzinə, aranı daha da qarışdırmaq istiqamətində pardəarxası və ziyankar çalışmalarından əl çəkmir.
AzPolitika.info


Şərhlər