Menu

Kruiz laynerində işləyən 12 misirli koronavirusa yoluxdu

06.03.2020, 17:48
Kruiz laynerində işləyən 12 misirli koronavirusa yoluxdu

Misirdə turist kruiz laynerində işləyən 12 Misir vətəndaşında koronavirus aşkar edilib.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Xalid Mücahid deyib.

Onun sözlərinə görə, Asuan-Luksor reysi üzrə hərəkət edən kruiz laynerində tayvanlı turist koronavirusa yoluxub. Bu məlumatdan sonra laynerdə olan misirlilər yoxlamadan keçirilib və onların 12-də virus aşkarlanıb.

Sözügedən şəxslər xəstəxanaya yerləşdirilib. Laynerdə olan digər şəxslər 14 günlük karantinə alınıb.

Qeyd edək ki, buna qədər Misirdə 3 yoluxma halı qeydə alınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol