Menu

İsveçrədə koronavirusa yoluxanların sayı daha da artıb

06.03.2020, 22:02
İsveçrədə koronavirusa yoluxanların sayı daha da artıb

İsveçrədə koronavirusa laboratoriya vasitəsilə təsdiqlənmiş yoluxma halları 181-ə çatıb. “Report” ölkənin Federal İctimai Səhiyyə Ofisinin saytına istinadən xəbər verir ki, ölkədəki 26 kantonun 20-də, habelə qonşu Lixtenşteyndə yoluxanların ümumi sayı 210 nəfərdir.

Həmin şəxslərin hamısı karantindədir.

Həmçinin qonşu Avstriyada da təsdiqlənmiş yoluxma halları 55-ə çatıb. Bu barədə Səhiyyə Nazirliyi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol