Menu

XİN: Azərbaycan əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib

07.03.2020, 13:50
XİN: Azərbaycan əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində qətlə yetirilib

Martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib".

 Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. 

  Bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır. Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq. Allah şəhidimizə rəhmət eləsin", - nazirlikdən bildirilib.

Şərhlər

Elli 2020-03-07 17:17:30

bəs siz niyə vurdurmursunuz ermənini? Nə vaxta qədər erməni öldürəcək,siz susacaqsınız hə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol