Menu

İtaliyada partiya sədri koronavirusa yoluxdu

07.03.2020, 18:11
İtaliyada partiya sədri koronavirusa yoluxdu

Hazırda koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada koalisiyon hökumətdə təmsil olunan Demokratik Partiyanın lideri Nikola Dzinqarettidə koronavirus aşkarlanıb. 

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu siyasətçi “Facebook” səhifəsində elan edib. N.Dzinqaretti sosial şəbəkədəki hesabında canlı yayıma çıxaraq “məndə koronavirus var” deyib. Siyasətçi hazırda evdə karantin şəraitində saxlanıldığını və onunla indiyədək təmasda olan hər kəsin nəzarət altına alınacağını vurğulayıb. 

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 197 nəfərdir. Yoluxanların sayı isə 4 600-ü ötüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol