Yaponiya hökuməti iclas zamanı yeni növ koronavirus infeksiyasının yayılmasına görə ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında qanun layihəsini təsdiqləyib.
“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Qeyd olunur ki, qanun layihəsinə əsasən, Yaponiyanın Baş naziri Sindzo Abe, ehtiyac yaranarsa, fövqəladə vəziyyət elan edəcək.


Şərhlər