Menu

Rusiyada prezidentin ömürlük seçilməsi təklif edilir

10.03.2020, 16:32
Rusiyada prezidentin ömürlük seçilməsi təklif edilir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkə prezidenti Vladimir Putinlə prezidentlik müddətinin sıfırlandırılması ilə parlamentdə irəli sürülən təklifi müzakirə edib.

“Report” “Telegram”a istinadən xəbər verir ki, bunu Duma sədrinin müşaviri Anastasiya Kaşevarova bildirib.

Onun szölərinə görə, Vladimir Putinlə təklifi müzakirə etdikdən sonra V.Volodin Dumadakı fraksiya liderləri ilə məsələyə dair müşavirə keçirəcək.

Qeyd edək ki, “Yedinaya Rossiya” fraksiyasından olan deputat Valentina Tereşkova Konstitusiyaya prezident müddətinin sıfırlanması (müddət məhdudiyyətinin götürülməsi) ilə bağlı dəyişikliyi təklif edib.

Xatırladaq ki, V.Putinin Dövlət Dumasına gələcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol