Menu

Merkel danışdı, almanları "buz kəsdi"

11.03.2020, 17:38
Merkel danışdı, almanları "buz kəsdi"

Ölkə vətəndaşlarının 60-70%-i koronavirusa yoluxa bilər.

"AzPolitika.info" "Habertürk"ə istinadla xəbər verir ki, belə qorxunc xəbərdarlıqla Almaniya kansleri Angela Merkel çıxış edib.

Bundan başqa Merkel Almaniyanın koronavirusla mübarizəsinin uzun sürəcəyini, bunun üçün bir çox tədbirləri ləğv etməyin vacibliyini vurğulayıb. Baş Nazir Almaniya Bundesliqasında bir çox oyunların tamaşaçısız oynanılması barəsində isə bunları deyib: "Boş tribunalar önundə oynanılan qarşılaşmalar, bu ölkənin başına gələ biləcək ən pis şey deyil..."

Qeyd edək ki, Almaniyada bu günə kimi koronavirusa yoluxanların sayı 1296, ölənlərin sayı isə 2 nəfərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol