Menu

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb

12.03.2020, 12:48
Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha bir xəstə ölüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1949-cu il təvəllüdlü xəstə ETACXİ-na 06.03.2020-ci il tarixində saat 22.45-də Göyçay RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olub və “Sol ağciyərin infiltrativ vərəmi, iki tərəfli plevral reaksiya ilə (sağda sinus, solda VI qabırğa səviyyəsi)” diaqnozu ilə I Ağciyər vərəmi şöbəsinə yerləşdirilib, müalicə təyin edilib.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 19.00-da xəstədə bioloji ölüm qeyd olunub. Ölümün səbəbi “Ağciyər arteriyasının tromboemboliyası. Xroniki ağciyər ürəyi. Sol ağciyərin infiltrativ vərəmi, dağılma mərhələsində (kazeoz pnevmoniya). Ekssudativ plevritlə fəsadlaşma”dır.

Şərhlər

Cəmşid Dərələyəzli 2020-03-12 13:58:59

Koronovirus ümumbəşəri bir bəladır və buna qarşı bütün tədbirlər ələ alınmalıdır. Başqa ölkələri demirəm,axşam Türküye telekanallarında Türküyənin Səhiyyə bakanının, icra orqanlarının, bələdiyyələrin bu bəlanı öz ölkələrində önləmək üçün gördükləri tədbirlərə baxdım qürur hissi keçirdim. Qayıdaq belə bir ümumbəşəri bəla ilə üz-üzə qalan Azərbaycanımıza. Sadəcə bizdə "görülən tədbirlərdən" (yəni əslində buna tədbir deyilməz) dolayı bu millətə ağlayan gərəkdir. Bu gün xəstə aparmışdım, həm Topçubaşova, həm də Ağ ciyər xəstəlikləri inistutuna. Topçubaşaovda kənardan baxanda sanki, bəyin oğurlanması filminə baxırsan. Ağciyər xıstəxanasında (ona da xəstəxana demək mümkündürsə) isə tam bir rəzalət. xəstələrdən dar və natəmiz koridorlarda nəfəs almaq mümkün deyil. Elə bir vəziyyətə xəstə cəhənnəm , həkimlər ölümlə burun-buruna. .Tibbi personalın ağızlarında maska yox, əllərdə əlcək yox, əldə istifadə olunan cihazlar təmizlənmədən bütün xəsttələrə yönləndirilir. Budurmu Səyyə qurumlarının gördükləri tədbirlər. Onlar ölkə başçısını öz yalanları ilə nə vaxta kimi aldadacaqlar. Mən üzümü Ölkə Başçısına, Birinci vitse -prezidentə tuturam. Bütün xəstəxanalara baxış keçirilməsi üçün, səhiyyəyə aid olmayan qurumlardan, vətəndaş cəmiyyətlərindən ibarət bir komissiya yaradılsın. Çünki, indiki halda Səhiyyə qurumlarının başçılarına inanmaq olmaz. Durum çox ciddi. Mən bir vətəndaş olaraq xahiş edirəm güc strukturlar,ixsusən də DTX-nin əməkdaçları da bu işlərə cəlbb edilsinlər. Siz də yaxşı bilirsiniz ki, hələlik bu gün ölkədə işləyən Dövət qurumları onlardır. Hər şeyi vədəsində, yoxsa sonra qarşısını almaq çətin olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol