Bəzi çay istehsal edən firmaların çayın yaxşı dəm alması üçün tərkibinə boya maddələri qatması haqqında fikirlər Türkiyədə artıq öz təsdiqini tapıb. Bu, Azərbaycandakı çay həvəskarlarını da narahat edən əsas məsələlərdən biridir.
Bəs çayın saxta və ya həqiqi olduğunu necə bilmək olar?
Bu yaxınlarda "Hüriyyet"ə müsahibəsində Türkiyə Çay Dəmləmə çempionu Aytül Turan saxta çayı necə müəyyən etməyin bir neçə yolunun olduğunu bildirib.
A.Turan "Bir stəkan soyuq suyun uzərinə bir çay qaşığı quru çay əlavə edin. İlk dəqiqədən suya rəng çıxarsa, bu onun qatqı maddəsi olduğunun əlamətidir. Deməli çay saxtadir", - deyə tövsiyə edib.

Bundan başqa A.Turan müsahibəsində deyib: "Saxta çay dəm alarkən suyun rəngi bulanıq olur, dəm soyuduqdan sonra bulanıqlıq özünü daha çox biruzə verir. Yaxşı çay həvəskarı saxtalığı çayın iyindən də anlaya bilər".



Şərhlər