Kanadanın baş naziri Castin Trudenin xanımı Sofiya Griqori Trude koronavirusa yoluxub, 14 günlük karantindədir.
“AzPolitika.info” xarici mətbuata istinadən xəbər verir ki, Castin Trudenin özünün test nəticələrinin neqativ olduğu bildirilir.
Baş nazirin ofisi xəbər verir ki, Griqori Trudenin simptomları ortadır, özünü yaxşı hiss edir. Onda virus simptomları Böyük Britaniyaya son səfərindən sonra aşkarlanıb.


Şərhlər