Menu

Çexiyada koronavirusa görə mağaza və restoranlar bağlandı

14.03.2020, 12:02
Çexiyada koronavirusa görə mağaza və restoranlar bağlandı

Çexiyada koronavirus təhlükəsinə görə ölkədə olan bir çox mağazalar, restoranlar bağlanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hökumətin yaydığı bəyanatda deyilir.

Məlumata görə, Çexiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün tədbirlər çərçivəsində şənbə günü səhər 6:00-dan etibarən əksər mağaza və restoranları bağlayacaq.

Xatırladaq ki, Çexiya hökuməti ölkəyə giriş-çıxışı bağlayıb.

Məlumata görə, hökumət xarici vətəndaşların (daimi yaşamaq icazəsi olanlar istisna olmaqla) ölkəyə girişini qadağan etməklə yanaşı, yerli sakinlər də ölkəni tərk edə bilməyəcək. Çexiyada koronavirusa yoluxanların sayı 117nəfərdir. Virusdan ölüm hadisəsi olmasa da, sağalanlar da qeydə alınmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol