Menu

Ukraynadan kritik qərar – Sərhədlər bağlanır

14.03.2020, 16:45
Ukraynadan kritik qərar – Sərhədlər bağlanır

Ukrayna 48 saatdan sonra xarici vətəndaşlar üçün sərhədlərini iki həftə müddətinə bağlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov açıqlayıb.

“Ukrinform”un məlumatına görə, həmçinin, ukraynalılara xarici səyahətləri məhdudlaşdırmaq tövsiyə olunub.

“İki həftədən sonra vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq biz Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında növbəti qərarlar verəcəyik”, – deyə Danilov bildirib.

Onun sözlərinə görə, xaricdə olan Ukrayna vətəndaşları ölkəyə qayıda biləcəklər.

“Lakin bu gün koronavirusun tüğyan etdiyi ölkələrdən insanlar geri dönərkən müəyyən olunmuş xüsusi prosedurlardan keçəcəklər”, – deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol