Argentina təmsilçisi "Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona komandadan təcrid olunub.
"Report" "Footmercato" nəşrinə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis koronavirus şübhəsi ilə kollektivdən kənarlaşdırılıb.
Klubunun tibbi heyətinin rəhbəri Flavio Tunessi tədbir məqsədi ilə bu addımı atdıqlarını bildirib: "Maradona komandadan təcrid olunub və risk altında olduğu üçün birinci mərtəbədəki otaqdadır".
Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub. O, 1986-cı ildə Argentina yığmasının heyətində dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularındandır.


Şərhlər