Menu

Koronavirusa görə evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq

14.03.2020, 21:51
Koronavirusa görə evlərə ərzaqların çatdırılması xidmətləri işə salınacaq

Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınacaq.

"Report" xəbər verir ki, bu, koronavirus infeksiyası (COVİD-19) ilə mübarizə sahəsində alış-veriş mərkəzlərinin fəaliyyətinə dair qaydalarda öz əksini tapıb.

Qaydada alış-veriş mərkəzlərində evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması tapşırılıb.

Qeyd olunub ki, bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görüləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol