Menu

Ərdoğan Tatarla danışdı: Yardıma hazırıq...

15.03.2020, 10:44
Ərdoğan Tatarla danışdı: Yardıma hazırıq...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprin Baş naziri Ərsin Tatar ilə telefon əlaqəsi saxlayıb. Bu barədə Türkiyə Rabitə Nazirliyi məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Ərsin Tatar koronavirusla mübarizə çərçivəsində əməkdaşlıq edilə biləcək mövzuları müzakirə edib. Eyni zamanda, Türkiyə lideri bu müddət ərzində Şimali Kiprə hər cür dəstək verməyə hazır olduğunu açıqlayıb”, - nazirliyin məlumatında bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol