Menu

Türkiyədə “səssiz derbi” - “Qalatasaray” – “Beşiktaş”

15.03.2020, 12:04
Türkiyədə “səssiz derbi” - “Qalatasaray” – “Beşiktaş”

Bu gün Türkiyə superliqasında 26-cı turun oyunları davam etdiriləcək.

Qol.az xəbər verir ki, bu gün iki matç xüsusi maraq doğurur. Bakı vaxtı ilə saat 17.00-da başlanacaq görüşdə 25 oyundan hərəyə 52 xalla birinc-ikinci yeri bölüşdürən “Trabzonspor”la “İstanbul Başakşehir” üz-üzə gələcək. Oyun Trabzonda keçiriləcək.

Saat 20.00-da isə İstanbul derbisi – “Qalatasaray” – “Beşiktaş” matçı start götürəcək. “Qalatasaray” 25 oyundan 49 xalla 3-cü, “Beşiktaş” 43 xalla 6-cı yeri tutur.

Qeyd edək ki, koronavirus səbəbindən superliqanın oyunları azarkeşsiz keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol