Menu

İran koronavirusla mübarizədə yardımına görə Azərbaycana təşəkkür edib

15.03.2020, 17:15
İran koronavirusla mübarizədə yardımına görə Azərbaycana təşəkkür edib

İran Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Abbas Musəvi Azərbaycan və digər dövlətlərin koronavirusla mübarizədə ölkəsinə göstərdikləri yardıma görə təşəkkür edib.

Abbas Musəvi özünün “Twitter” səhifəsində İran xalqının və dövlətinin onun ağır günlərində yanında olan dostlarını heç vaxt unutmayacağını yazıb.

Onun sözlərinə görə, İran Azərbaycan, Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Britaniya, eləcə də Qətər və Rusiyadan yardımlar alıb.

Xatırladaq ki, martın 7-də Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol