Menu

Azərbaycan-Gürcüstan poçt mübadiləsinin 101 ili tamam oldu

16.03.2020, 00:25
Azərbaycan-Gürcüstan poçt mübadiləsinin 101 ili tamam oldu

Azərbaycan və Gürcüstan arasında poçt mübadiləsinin yaradılmasının101-ci ildönümü tamam olub.“Report”un yerli bürosu xatırladır ki, 1919-cu ilin martında iki ölkə arasında pul baratları, qiymətli məktub, bağlama və poçt korrespondensiyalarının mübadiləsi başlayıb.

Həmin il yanvarın 3-də Tbilisidə Azərbaycanla Gürcüstan arasında teleqraf rabitəsi, yanvarın 4-də isə poçt xidməti haqqında sazişlər və poçt bağlamalarının dəmir yolu ilə daşınması haqqında konvensiya imzalanıb. Bu sənədlərlə hər iki ölkənin ən mühüm şəhərləri arasında daimi teleqraf rabitəsi yaradılıb, hər iki müstəqil respublikanın vətəndaşlarına beynəlxalq teleqrafdan istifadə hüququ verilib.

Bakı və Tbilisi arasında poçtun dəmiryol nəqliyyatı vasitəsilə daşınmasının tarixi isə daha qədimdir. Belə ki, bu cür daşınmalara 137 il öncə - 1883-cü il mayın 9-dan etibarən başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol