Menu

Türkiyə sabahdan 20 ölkəyə uçuşu təxirə salacaq

16.03.2020, 22:55
Türkiyə sabahdan 20 ölkəyə uçuşu təxirə salacaq

Türkiyə Misir, İngiltərə, İsveçrə, Səudiyyə Ərəbistanı, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 20 ölkəyə sabah yerli vaxtla saat 08.00-dan uçuşları təxirə salıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu barədə məlumat verib.

Nazir deyib ki, koronovirusla (COVİD-19) bağlı yaradılan Elmi Komissiya bu gün laboratoriya sayını 6-dan 16-dək artırılmasına və ölkənin bütün 81 şəhərinə koronovirus testlərinin aparılması üçün vəsaitlər ayrılmasına qərarı verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol