Birləşmiş Ştatlar Türkiyədən zəmanət istəyib ki, Ankara Rusiyadan aldığı S-400 Zenit-Raket Kompleksini (ZRK) Türkiyə ərazisində işə salmayacaq. Bu barədə prezident R.T.Ərdoğan Belçikadan vətənə dönərkən öz təyyarəsində jurnalistlərə bildirib («CNN Türk»).
«Bildiyiniz kimi, "Petriot" məsələsində biz, Amerika Birləşmiş Ştatlarına (ABŞ) təklif etmişik: «Əgər bizə "Petriot" vermək istəsəniz, biz onu alarıq». S-400-ə gəlincə, onlar (ABŞ - red.) öz mövqelərini kifayət qədər yumşaldıblar. İndi onlar xahiş edirlər ki, biz "S-400" sistemlərini istismara buraxmayaq» - prezident bildirib.

Bundan əvvəl Ərdoğan təsdiqləmişdi ki, əvvəllər planlaşdırıldığı kimi, Rusiya istehsalı olan uzaq məsafəli ZRK-i Türkiyədə cari ilin aprel ayında döyüş növbətçiliyinə buraxılacaq.
Bu arada Türkiyə dövlətinin ABŞ-la silah sazişi bağlanması imkaları və ABŞ-ın mövqeyinin «yumşalması» (Türkiyənin S-400 almasına yönəlik - red.) barədəki bəyanatı Vaşinqtonda təəccüb doğurub.
Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman bəyan edib ki, Birləşmiş Ştatlar Türkiyəyə zenit-raket sistemini satmağa o halda hazır olar ki, Türkiyə Rusiyadan aldığı "S-400" kompleksini geri qaytarmış olsun.
«ABŞ-ın müdafiə naziri Mark Esperin buna yönəlik baxışları mahiyyət etibarilə elə ilk gündən aydın olub. Onun baxışları belədir ki, Türkiyə "S-400-ü" Rusiyaya geri qaytarmasa, «Petriot»u almayacaq» - Pertaqon nümayəndəsi bildirib.

Ağ Ev NATO üzrə müttəfiqi Türkiyəyə qarşı, Rusiyadan müdafiə sistemləri aldığına görə, sanksiya tətbiqi məsələsini ehtiyatda saxlayır. Birləşmiş Ştatlar Türkiyəyə qarşı sanksiyaları «o qədər də uzaq gələcəkdə olmayaraq» tətbiq etməyə hazırdır - əgər "S-400"-dən imtina etməsə. Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild jurnalistlər üçün telefonla keçirdiyi brifinqdə bəyan edib.
«Əgər "S-400" məsələsinin həlli tapılmasa və hətta Türkiyənin İblibdəki rolunu dəstəklmiş olsaq belə, ABŞ o qədər də uzaq olmayan gələcəkdə bu ölkəyə yönəlik qanunvericiik tədbirləri görəcək. Bu, qəti şəkildə «Amerikanın rəqiblərinə saksiyalar vasitəsilə qarşı durmaq» barədə qanunun tətbiqi ilə nətiələnəcək» - ABŞ səfiri xəbərdarlıq edib.
Onun sözlərinə görə, ABŞ «bütün əlçatan kanalların köməyilə işarə vurub ki, ən qabaqcıl Rusiya "S-400" komplekslərinin əldə olunması fundamental olaraq, "F-35" proqramının iştirakçısı kimi (5-ci nəsil qırıcıların yaradılması - red.) Türkiyənin öhdəlikləri ilə bir araya sığmır.
"Bu, həm də Türkiyənin NATO üzvü kimi rolu ilə uzlaşmır və ciddi nəticələr törədə bilər" - deyə, Satterfild əlavə edib.

Xəbər verildiyi kimi, ötən ayın sonunda ABŞ Ankaranı Suriyadakı döyüşlər fonunda "S-400" ZRK-ni işə salmaqdan çəkinməyə və Türkiyənin gerçək müttəfiqinin kim olduğunu anlamağa çağırıb.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Keyt Beyli Hatçison fevralın 27-də bəyan edib ki, Türkiyə tərəf bilməlidir ki, "onun etibarlı müttəfiqi kimdir və kim deyil".
«Mən ümid edirəm ki, prezident Ərdoğan görür - biz, həm keçmişdə müttəfiq olmuşaq, həm də gələcəkdə müttəfiqik və onlar "S-400"-dən xilas olmalıdırlar» - Keyt bildirib.
Birləşmiş Ştatlardan Türkiyəyə növbəti çağırış ondan ibarətdir ki, «ağlını başına yığsın» və İdlibdəki gərginlik fonunda "S-400"-ü işə salmaqdan imtina etsin.
Bundan əvvəl «Bloomberq» agentliyinin mənbələri danışıblar ki, Türkiyə Birləşmiş Ştatlara müraciət edib və xahiş edib ki, təcili olaraq ona «Petriot» raket əleyhinə sistem tədarük etsin.
"F-35" qırıcılarına gəlincə, proqramın iştirakçılarından biri də Türkiyədir. Prezident Ərdoğan yanvarın 29-da ABŞ-a çağırış edib ki, Ankaraya "F-35" qırıcıları tədarük etsin, ya da artıq həmin maşınlar üçün ödənilmiş pulları geri qaytarsın.
«Onlar (ABŞ hakimiyyəti - red.) ya təyyarələri bizə verəcəklər, ya da pulu qaytaracaqlar. Əgər onlar həm bunu, həm də o birisini edərsə, o zaman biz təyyarələri başqa yerdən alacağıq. Özümüz yaradacağıq» - deyə, Ərdoğan öz ölkəsinin mövqeyini ortaya qoyub.
Birləşmiş Ştatlar tərəfindən tədarükün və Türkiyənin proqramda iştirakının dayandırılmasının əsas səbəbi Ankara tərəfindən Rusiyadan "S-400" sistemlərinin alınmasıdır.
Donald Tramp administrasiyası NATO üzrə müttəfiqi Türkiyənin bu addmını ABŞ-ın milli maralarına zidd addım kimi qiymətləndirib.
Ötən ilin dekabrında Konqresin beynəlxalq münasibətlər üzrə Senat Komitəsi Türkiyəyə qarşı sanksiyaların tətbiqi barədə qanun layihəsi qəbul edib. Buna cavab olaraq, Türkiyə tərəfı ABŞ-ı həmin qırıcılara alternativin, o cümlədən Rusiya bazarından, tapılacağı ilə hədələyib.
Türkiyə tərəfin və ekspertlərin fikrincə, "S-400" məsələsində ABŞ-ın Türkiyəyə qarşı irəli sürdüyü tələbləin heç bir tutarlı əsası yoxdur və sadəcə, Türkiyəyə «Petriot» ZRK və "F-35" qırıcıları verməmək üçün bir bəhanədir.
Mirzə AĞ
AzPolitika.info


Şərhlər