Menu

ÜST bəyanat yaydı

18.03.2020, 14:16
ÜST bəyanat yaydı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qurumun məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Önder Ergönülün "HaberTurk" telekanalına müsahibəsi ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, bəyanatda deyilir:

Bildiririk ki, orada verilən açıqlamalar onun şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir.

ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir. ÜST-nin Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

Fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol