İlk dəfə olaraq ötən gün ərzində Çinin Vuhan şəhərində koronavirusa yoluxma qeydə alınmayıb. Məlumdur ki, bu şəhər yeni xəstəliyin «partlayış» episentridir.
Çin milli səhiyyə komissiyasının məlumatına istinadla «Röyter» agentliyi xəbər verir ki, son 24 saat ərzində Çində cəmi 34 yoluxma halı aşkarlanıb.
Çinin aparıcı virusoloqlarından biri Li Lantsziyuanın sözlərinə görə, Vuhan cari ayın sonuna qədər infeksiyadan tam təmizlənə bilər. Şəhərdə karantin tədricən aradan qaldırıla bilər («China Daily»).
Virusoloq qeyd edib ki, əgər 14 gün ardıcıl olaraq Vuhan şəhərində bir dənə də yoluxma halı qeyd olunmasa, o zaman tədricən blokadanı götürmək olar.
AzPolitika.info


Şərhlər