Menu

Rusiyada daha 52 nəfər koronavirusa yoluxub

19.03.2020, 17:20
Rusiyada daha 52 nəfər koronavirusa yoluxub

Rusiyada koronavirusa yoluxanların sayı artıb.

APA-nın "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, bu barədə operativ qərargah məlumat yayıb.

Bildirilib ki, Rusiyada daha 52 nəfər koronavirusa yoluxub. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 199-a çatıb.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada 79 yaşlı qadın koronavirusdan həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol