Menu

Gürcüstanın baş naziri ölkə əhalisini evdən çıxmamağa çağırıb

19.03.2020, 22:28
Gürcüstanın baş naziri ölkə əhalisini evdən çıxmamağa çağırıb

Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkə əhalisini ciddi zərurət halları istisna olmaqla evdən çıxmamağa çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu çağırışla o, xüsusi brifinqdə çıxış edib.

Hökumət başçısının sözlərinə görə, 70-dən yuxarı yaşı olan şəxslərin evdə qalması xüsusən vacibdir: “Gürcüstan Poçtu vətəndaşlara bütün lazımi xidmətləri göstərəcək”.

G.Qaxaria ölkə sakinlərinə cansağlığı arzulayıb və qeyd edib ki, qlobal çağırışa tərəfdaş və dost ölkələrlə birgə cavab veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol