Menu

Biləcəridə güclü yanğın -FOTO

23.03.2020, 10:25
Biləcəridə güclü yanğın -FOTO

Bakı şəhəri Binəqədi rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol