Menu

Virusa birlikdə qalib gələk - “Azəriqaz” İB "Evdə otur virusa yoluxma" şüarına qoşulu

23.03.2020, 18:03
Virusa birlikdə qalib gələk -  “Azəriqaz” İB "Evdə otur virusa yoluxma" şüarına qoşulu

"Azəriqaz” İstehsalat Birliyi koronavirusla bağlı məsələnin ciddiliyini yaxşı anlayır və buna görə də #EvdəOturVirusaYoluxma şüarına qoşulur. Birlik bayram günlərində də 2 milyon 300 minə yaxın abonentin qaz təchizatında fasilələr olmasın deyə iş başındadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları, tələb və tövsiyyələri nəzərə alınaraq bir çox sahələrdə çalışan insanlar artıq əmək fəaliyyətindən ayrılaraq evdən bayıra çıxmır. Yəni biz də, həkimlər də, başqa qurumlar da çalışır ki, hamı rahat evində otura bilsin. Bu zəhmətimiz hədər olmasın deyə, özünüzü təhlükəyə atmayın! Virusa birlikdə qalib gələk!

Bu barədə hazırlanan video material aşağıdakı “youtube” ünvanında yerləşdirilib:

https://www.youtube.com/watch?v=b1VCcnuM9tA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol