Menu

Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac yoxdur - RƏSMİ

23.03.2020, 23:03
Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac yoxdur - RƏSMİ

Azərbaycanda fövqəladə rejimin elan olunmasına hələ ehtiyac duyulmur. "Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, fövqəladə vəziyyətin elan edilməsi yenə də istisna da edilmir: "Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol