"DAHA SƏRT TƏDBİRLƏR OLMASA XƏSTƏLƏRİN SAYI 100 MİNLƏRLƏ ARTA BİLƏR" - Oqtay Şirəliyev (Yenilənib)

"Koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirdik və ilk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik". "Report" xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin "Hədəf" proqramında bildirib.

Nazirin sözlərinə görə, ilk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı:

"Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə onlar da sağalacaq.

Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz".

Səhiyyə naziri deyib ki, hər kəs artıq xəstəlik və onun mənbəyi haqqında məlumatlıdır. Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində koronavirus pandemiya halını almamışdan qabaq epidemiyanın alovlanmasının qarşısı vaxtında alınd".

Nazir bildirib ki, bu günə qədər koronavirusla bağlı 10 minə qədər laborator test edilib. Xaricdən gələnlər hamısı həkim nəzarətindədir.

O.Şirəliyev qeyd edib ki, başqa xəstəliklər ləğv edilməyib: "İnsanlar bütün hallarda həkimə müraciət edə bilərlər".

Onun sözlərinə görə, bu gün ölkədə heç bir qıtlıq müşahidə olunmur: "Azərbaycana nə lazımdırsa ölkəyə gətirilir. Bu da ciddi nəzarət altında həyata keçirilir".

O.Şirəliyev qeyd edib ki, Nazirlər Kabineti yanında operativ qərargahla mövcud qərarları hazırlayanda bu işə həssas şəkildə yanaşırdıq.

Nazir bildirib ki, qərarın iki məqsədi var idi. Belə ki, ilk olaraq xəstəliyə yoluxmanın qarşısını almaq və imkan daxilində həyat tərzinə çoxlu problemlər yaratmamaq: “Bütün məsələlər hərtərəfli düşünülmüşdü”.

O.Şirəliyev qeyd edib ki, laboratoriyalar tam gücü ilə işləyir: “Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsas odur ki, insanlar öz ətrafını və ümumilikdə xalqı qorumaq lazımdır. Sosial məsuliyyət mütləq vacibdir”.

Onun sözlərinə görə, hər kəsdə güclü iradə olmalıdır.

Nazir bildirib ki, bütün qurumlar mövcud vəziyyətdən xəbərdardır :"Nəzərdə tutulub ki, lazım olanda çarpayı və xəstəxana sayı artırılsın.

Nazir bildirib ki, xüsusi həkim briqadaları da yaradılıb: "Biz hər şeyə hazırıq. Azərbaycanda xəstə sayına baxanda istəyirik ki, vəziyyət digər ölkələrdəki həddə çatmasın".

 Səhiyyə naziri Oqtay Şirəliyev Çin və İtaliyada koronavirusun yayılmasını müqayisə edib"Konkret olaraq bu günkü vəziyyət belədir: Bir milyard yarım əhalisi olan Çində bu virusdan ölənlərin sayı 3 mindən biraz artıqdır. 60 milyon əhalisi olan İtaliyada isə bundan iki dəfə çoxdur.

Əlbəttə bu, göz qabağındadır. Çində nizam-intizam oldu və tədbirlər görüldü. İtaliyada isə bu məsələyə laqeyd və çox yüngül yanaşdılar. Nəticəsi də bu gün göz qabağındadır. Görürsünüz ki, ölkə nə gündədir. Orada lazım olan təchizat və avadanlıq yoxdur".

635x100

Şərhlər

Aqahüseyin Aqayev 2020-03-25 04:54:22

Qan köcürmə inistutunda sənin əmrinlə təyinedilmiş direktor BÜTÜN dərman və spirt,bint,yapışqan və diğər lazımı pereaparatları biz xəstələrə PULLA satırdı.Hətta qan,Tramastinlər 750-azn bizə satırdılar ALLAH üzümüzə baxdı və Cən.Pirizdent oranı TƏBİBƏ verdi sizdən fərqli olaraq indiki DİREKTOR hər dərman və diğər ləvazimatları xəstələrə PULSUZ verir.Sizdən fərqli olaraq indi isti su verilir ATAPLENNİ işləyir.sizinkimilər və təyyin etdiyiniz kecmiş direktor TÜRMƏNİN bir SM -liyindəsiniz xəstələr nə qədər pulu catırdı o qədər yaşayırdı sonda ölürdü.İndi isə HƏKİM VƏ TİBB işcilərinin ƏMƏK hakqı 100 -faiz artırılıb onlar ələbaxımlıq etmirlər.ANALİZLƏR sizin vaxtınızda bizim ücün 90-aznə başa ğəlirdi indi pulsuzdur.AMMAindi sizin tör-töküntülər yeni DİREKTORU VƏ ONUN TƏYİN ETDİYİ adamlara qarşı xəstələr arasında əks təbliqat aparırlar.UTANIN ALLAH ĞÜNAHKARLARIN BALASIN ÖLDÜRSÜN ONLARI BİZİM ÖÜNÜMÜZƏ QOYSUN.Məm 2019-cu ilin fevral-mart aylarında o xəstəxanada dərmanlara 40-min azn xərcim cıxdı bu il isə fevral -mart aylarında 19-azn.ALLAH sənin və kecmiş direktorun bəlasını versin sizi bizim ğünümüzə salsın.YENİ DİREKTORU təyin edənin onun namizədliyini irəli sürənin ALLAN ÖZ DƏRĞAHINDA QORUSUN.HÖrmətli redaksiya xaiş edirəm bu yazını buraxın bəlkə baş prokurorluq cinayət işi başlaya.Əlaqə tel.nömrəm-0502135757.

Son yazılar