Menu

“Koronavirusdan ölüm sayı 44-ə yüksəlib” - Türkiyənin Səhiyyə naziri

24.03.2020, 23:33
“Koronavirusdan ölüm sayı 44-ə yüksəlib” - Türkiyənin Səhiyyə naziri

Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölüm sayı 44-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsindən açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 3952 şübhəli koronovirus analizindən keçib, onlardan 343-ün cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1872-yə çatıb.

Şərhlər

Elli 2020-03-25 00:01:40

Allah hamısına rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol