Nazirlər Kabinetinin koronavirus panmediyası ilə bağlı qərarı deputatlara şamil edilməyəcək.
"Report"un əldə etdiyi məlumata görə, 65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər Milli Məclisin deputatlarına aid olmayacaq.
Bununla bağlı məsələ Milli Məclisin yaxın günlərdə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə infeksiyanın yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edib.
Bu müddət ərzində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinə başlanılıb.


Şərhlər
yəqin bilirlər ki,pis adama heç nə olmaz! Bir də ki,onlar olmasa nə olacaq ki?20 ildir oturdublar ..
Niye ayrı seçkilik edilir,yoxsa virus pullu ilə pulsuzu,kasıb ilə varlını,ağ ilə qaranı tanıya bilir?Axı bu doğru deyil.Bu qeder tebeqeye ayırmaq olmaz,menim 65 yaşım var onların ise 70 den yuxarı,belke onların maaşı yüksekdir deye yacşı qidalanır,qara kürü,nere balığı,quş eti,orjinal( tebii) qidalar yeyir,ona höre?Onda bize de onların maaşının yarısını verin..
Necə yəni,deputatlar naməlum gendən yaranıblar ki,onlara yaş məhdudiyyəti şamil olunmur?Bədbəxtliyimiz elə nadanlığımızdan yaranır.
Niye ki , robot zaddilar onnar ?