ETSN “Evdə qal” kampaniyasına videoçarxla qoşuldu - VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları (ETSN) “Evdə qal” kampaniyasına maraqlı videoçarxla qoşulublar.

“Report” xəbər verir ki, nazirliyin əməkdaşları tərəfindən hazırlanan videoçarxda vətəndaşlara özlərinin və yaxınlarının sağlamlıqlarının qorunması çağırışı edilir.

Videoçarxda vətəndaşlara “Həkimlərimiz şəfa verir, dövlətimiz güc verir, biz isə evdə qalaq, bir-birimizə dəstək olaq”, “Biz təbiəti qoruyuruq, siz isə özünüzü qoruyun”, “Həyat Tanrıdan, dəstək sizdən, evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın”, “Enerji Günəşdən, iradə sizdən”, “Bu gün evdə qalın, evdə qalın ki, sabah yaxınlarınızla xoş havadan zövq ala biləsiniz”, - çağırışları edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar