ABŞ Maduronun tutulmasına 15 milyon dollar vəd edib - ABŞ Ədliyyə Nazirliyi
Baxiş sayı:
Dərc olunub:
27/03/2020 - 00:42
Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti Venesuela prezidenti Nikolas Maduronun tutulması üçün 15 milyon dollar veriləcəyini elan edib. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
Vaşinqton narkotiklərin ticarəti məsələsində Maduronun özünü və ölkə rəhbərliyini günahlandırıb.
Günahlandırılan şəxslərin siyahısında Milli Təsisat İclasının başçısı Diosdado Kabelno Rojonun, Venesuela hərbi kəşfiyyatının keçmiş başçısı Uqo Karvaxal Barriosun, istefada olan general-mayor Kliver Alkala Kordonesin və Venesuelanın vitse-prezidenti (iqtisadiyyat və maliyyə üzrə) Tarek Zadan Əl-Ayssaminin adı da var. Onların tutulması üçün də ABŞ 10 milyon dollar vəd edib.
AzPolitika.info
Son yazılar
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.