Bərdədə ticarət obyektlərində yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ü.Hacıbəyli küçəsindəki yolkənarı elektirik avadanlıqları maqazinində qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. İki sahibkara məxsus mağaza yanıb. Yanğınsödürənlər alovun genişlənməsinin qarşısını almağa çalışır.


Şərhlər