Ölkə ərazisində koronovirusa qarşı mübarizə tədbirləri davam etdirilir.
Nazirlər Kabinetində yaradılan Operativ Qərargahın göstərişlərinə uyğun olaraq, Azərbaycanda koronovirus epidemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür.
Bu tədbirlərin bir istiqaməti kimi şəhər və rayonlarında, o cümlədən Bakının Nərimanov rayonunda əhalinin çox istifadə etdiyi ərazilərin dezinfeksiyası işləri aparılır. Nərimanov rayonunda Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə dezinfeksiya işləri fasiləsiz davam etdirilir.
İcra Hakimiyyətindən verilən məlumata görə, son iki gündə də rayon ərazisində - yaşayış binalarının bloklarında, məhəllələrdə, piyada səkilərində, park və dayanacaqlarda dezinfeksiya işləri fasiləsiz davam etdirilib.
Nərimanov rayonunda son iki gündə bu gün aparılan dezinfeksiya işlərinin videogörüntülərini təqdim edirik:


Şərhlər