Menu

İtaliya A seriyasında çempion olmayacaq

28.03.2020, 12:42
İtaliya A seriyasında çempion olmayacaq

İtaliya A seriyasının koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümünün bərpa etdirilməməsi planlaşdırılır.

Apasport.az saytının xarici mətbuata istinadla məlumatına görə, təşkilatçılar çempionatı vaxtından əvvəl başa çatdırmaq niyyətindədir.

Plana əsasən, çempion və mükafatçılar müəyyənləşməyəcək. Hərçənd bir müddət əvvələdək yarışın bərpası nəzərdə tutulmuşdu. Amma pandemiyanın yayılması məşqlərin yaxın müddətdə bərpasına imkan vermədiyi üçün belə addım atılacaq.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 80 mini keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol