Menu

“Seyid Sadiq” ləqəbli narkotacir tutulub - FOTO

30.03.2020, 14:14
“Seyid Sadiq” ləqəbli narkotacir tutulub - FOTO

Şirvanda kriminal aləmdə “Seyid Sadiq” ləqəbi ilə tanınan narkotacir saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Şirvan sakini, 1972-ci il təvəllüdlü Ağami Seyidsadiq Mirmetdi oğlu saxlanılıb. Seyidsadiq Ağami barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

S.Ağami narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən cinayət işi başlanılıb, istintaq aparılır.

Şərhlər

yalçın 2020-03-30 17:18:57

yalanın daşıyıcı və yayıcıları

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol