Menu

“Grand Plaza” MMC də Prezidentin təşəbbüsünə qoşuldu - Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

30.03.2020, 19:56
“Grand Plaza” MMC  də Prezidentin təşəbbüsünə qoşuldu - Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürdü

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Grand Plaza” MMC tərəfindən də dəstək göstərilib.

“AzPolitika.info”nun məlumatına görə, tikinti sektorunda fəaliyyət göstərən “Grand Plaza” MMC də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Bir olaq, dəstək olaq” çağırışına qoşularaq, koronavirusla mübarizə məqsədilə Fonda vəsait köçürüb.

Şirkət eyni zamanda ölkə rəhbərliyinin çağrışına cavab olaraq heç bir ixtisar aparılmayıb və çalışan işçilərin əmək haqlarının əvvəlki qaydada ödənilməsi barədə qərar verib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol