Menu

Yasamalda yaşayan 8 km bazarına gedə bilməz - Nazirlər Kabinetinin sözçüsü

30.03.2020, 21:42
Yasamalda yaşayan 8 km bazarına gedə bilməz - Nazirlər Kabinetinin sözçüsü

“Kimsə Yasamalda qalırsa, bazarlıq etmək üçün 8 km bazarına gedə bilməz, çünki bu, qadağandır”. Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hökumət rəsmisi qeyd edib ki, əvvəlki qadağalarda bəzi insanlar çaşqın qalırdı: “Onlar qarışdırırdı ki, nələrə icazə verilir, nələrə yox. Amma indiki halda belə çaşqınlıqlar olmayacaq. Məqsəd maksimum təcridi təmin etmək, həyati fəaliyyəti obyektlərin fəaliyyətini təmin etməkdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol