Fransada ötən son gündə koronavirusdan 418 nəfər ölüb

“Ötən gün Fransada yeni növ koronavirusdan 418 nəfər ölüb, bununla da ölkə üzrə ölənlərin ümumi sayı 3 mindən çox olub”.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamentinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

O qeyd edib ki, martın 1-dən ölkədə etibarən koronavirsudan 3,024 ölüm qeydə alınıb, 21 mindən çox yoluxmuş insan xəstəxanaya yerləşdirilib: “5 minindən çox xəstə reanimasiyadadır ki, bunların üçdə biri 60 yaşdan kiçik olan insanlardır. Onların vəziyyəti ağırdı".

Salomon bildirib ki, Fransada pandemiya başlayandan bu yana cəmi 44550 nəfər koronavirusa yoluxub: “Il-de-Frans ən çox infeksiyaya yoluxan bölgələrdən biridir. Daxil olan məlumatlara görə, paytaxtda minə yaxın insan koronavirusun yaratdığı fəsadlardan ölüb”.

Koronavirusun ciddi bir epidemiya olduğunu deyən baş direktor bütün fransızları tövsiyələrə əməl etməyə və mümkün qədər evdən çıxmamağa çağırıb: “Son diqqətli olmaq və sanitariya təhlükəsizlik qaydalarına riayət etmək lazımdır”.

Qeyd edək ki, martın 17-dən bəri Fransada vətəndaşların hərəkəti məhdudlaşdırılıb. Sakinlərə küçədə sıxlığı minimuma endirmək tapşırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar