Dünyada ərzaq qıtlığı yarana bilər?- BMT-dən xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının(BMT) ərzaq və kənd təsərrüfatı qurumu koronavirus səbəbindən dünyanın ərzaq qıtlığı ilə qarşılaşması təhlükəsinə dair açıqlama yayıb. “AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın media nəhəngi olan CNBS məlumat yayıb.

Məlumatda deyilir ki, BMT artıq kənd təsərrüfatı məhsulları, ərzaq istehsalı və çatdırılması zəncirində müəyyən kəsintilər müşahidə etməkdədir. Belə ki, pandemiya səbəbindən hökumətlərin nəqliyyat sektorunda tətbiq etdiyi qadağalar logistika, işçi qüvvəsinin kənd təsərrüfatı subyektlərinə, ərzaq istehsalı müəssisələrinə çatdırılması sahəsində, eləcə də bu sahədəki digər iqtisadi əlaqələrin reallaşdırılmasında ciddi əngəllər yaratmaqdadır. BMT ekspertləri hesab edirlər ki, artıq aprel-may aylarında ərzaq məhsullarının satış nöqtələrinə çatdırılmasında problermlər müşahidə edilə bilər.

Bununla yanaşı qeyd edilir ki, hələlik dünya ölkələri ərzaq probleminin öhdəsindən gəlməyi bacarırlar. Bu onunla əlaqələndirilir ki, ölkələrin çoxu ərzaq ehtiyatları yarada biliblər. Lakin pandemiya uzun müddət davam edərsə vəərzaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının logistika, nəqliyyat, işçi qüvvəsi, yem, toxum və s. bu kimi problemləri vaxtında həll edilməzsə, dünya ərzaq qıtlığı ilə üz-üzə qala bilər.

Xəbərdə BMT-nin dünya ölkələrini bu problemləri vaxtında həll etməyə çağırdığı bildirilir.

Cəlal

“AzPolitika.info”     

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar