BŞBPİ paytaxt sakinlərinə müraciət edib

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt sakinlərinə müraciət edib.

BŞBPİ-nin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir. Xüsusi karantin rejimi çərçivəsində polis Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə xidmət aparır.

“Paytaxt sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydalarına əməl etsinlər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar”, - BŞBPİ-dən bildirilib.

635x100

Şərhlər

omer 2020-03-31 12:48:22

cenab polistler hami bilirki siz en cox isleyenlersiz..menim fikrimce insanlarin 90% artiq evde oturub..bu yaxsi..amma xesteliyin artmasinin qarsini almaqq ucun metro ve avtobuslar dayandirilmalidir.bizim ele bir senayemiz yoxdur..isdeyenleride oz sirketleri minikle temin ederler..tez duzelmeyin yolu esasen budur..insanlara muracietler ise artiq qiciq yaradir

Son yazılar