"BELƏ GEDƏRSƏ, XƏSTƏLİK DAHA GENİŞ VÜSƏT ALACAQ" - "Bunun səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir" (Yenilənib)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

"Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

"Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Əfsus ki, dövlət tərəfindən bütün qəbul edilmiş qərarlar və atılan addımlara baxmayaraq, dinamika artır və bunun ən səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir", - dövlət başısı əlavə edib.

Prezident bildirib ki, Azərbaycan dövləti bu koronavirusla mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə ölkədə vəziyyət daha əlverişlidir: "Ancaq buna baxmayaraq artıq daxili yoluxma halları vüsət alır. Beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq".

 Prezidenti İlham Əliyev daha sonra deyib: "Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi sosial və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək. Eyni zamanda həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq".

"Bizim əsas məqsədimiz ilk növbədə vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Və əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi ilk növbədə vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcə məsələlərdir. O cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. Və insanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd bir də demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Buna biz ilk növbədə nail olmalıyıq. Və bir də demək istəyirəm ki, burada əsas faktor vətəndaşların məsuliyyətidir", - dövlət başçısl deyib:

Prezident bildirib ki, müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır.

Dövlət başçısı bildirib ki, ölkə əhalisinin sayına görə virusa yoluxma və ölüm sayı çox aşağı səviyyədədir: "Ancaq bu əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə işlər görülüb və görüləcək. Bu gündən etibarən gücləndirilmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək. Eyni zamanda çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə icrası nəzərdə tutulur".

İlham Əliyev deyib ki, çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur: "Eyni zamanda sosial paket işləyən vətəndaşların işlərinin itirilməməsi üçün sahibkarlara çağırış və nəyinki çağırış, sahibkarlara dəstək olunacaq. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar və kim onlara dəstək verməlidir?! Əlbəttə ki, dövlət və hər zaman olduğu kimi dövlət və dövlət bunu edib".

"Ona görə həm xəstəliyə qarşı mübarizədə, həm iqtisadi fəallığın təmin edilməsi, eyni zamanda sosial məsələlərin həlli hər bir vətəndaşın problemlərinin dəf edilməsi və köməklik göstərmə cəhdlərimiz və niyyətimiz bizim siyasətimizi əks etdirir. Eyni zamanda Azərbaycan vətəndaşlarına, hesab edirəm ki, ən gözəl xidmət olacaq"- deyə, Prezident bildirib. 

Prezidenti deyib ki, koronavirusla bağlı indi ölkələr özlərini təcrid ediblər: "Bu da təbiidir və biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar - artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir".

"Bizim yanaşmamız hesab edirəm ki, ən geniş və ən düzgün yanaşmadır. İlk növbədə qabaqlayıcı tədbirlərin görülməsinin nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması. Və bu gün hesab edirəm ki, dünya miqyasında, baxmayaraq ki, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, amma müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Və bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir, ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək. Bu gündən etibarən qüvvəyə minmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək", - dövlət başçısı əlavə edib.

635x100

Şərhlər

Vətəndaş 2020-04-01 10:47:38

Bəli hər kəs qanun-qaydaya tabe olmalıdır ki, bu bəladan ötüşək. Allah millətimizə köməy olsun.

---- 2020-03-31 17:09:32

Məsuliyyətsizlərə komək etməyək. Yixilib kucələrdə qalsinlar. Onda qanarlar.

Son yazılar