Bu bələdiyyələrinin vəzifəli şəxsləri barəsində cinayət işləri başlanılıb - SİYAHI

Ötən il Azərbaycanda vəzifəli şəxsləri barəsində cinayət işləri başlanılan bələdiyyələrin adları məlum olub.

“Report”un xəbərinə görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) qeyd edilib.

Bildirilib ki, Qusar rayonunun Samur, Şamaxı rayonunun Ovçulu, İmişli rayonunun Yuxarı Qaralar, Xızı, Göyçay rayonunun Ərəbcəbirli, Tovuz rayonunun Abdulbəyli, Ağsu rayonunun Xanbulaq, Səbail rayonunun Badamdar bələdiyyələrinin vəzifəli şəxsləri barəsində cinayət işləri 

2019-cu ildə Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı 3 min 304 müraciət daxil olub.

Bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) qeyd edilib.

Bildirilib ki, həmin müraciətlərin 2 min 980-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb, 152-i aidiyyatı üzrə göndərilib, 172 müraciətə isə baxılmaqdadır:“Onlardan 140-ı təmin və ya qismən təmin edilib”.

İnzibati nəzarət icraatı qaydasında aparılan 24 inzibati araşdımada cinayət əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 17-si üzrə cinayət işi başlanılıb, 1 material üzrə cinayət işinin başlanması rədd edilib, digərləri isə baxılmaqda

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar