Menu

Azərbaycan çempionatı ilə bağlı qərar hüququ AFFA-ya verildi

01.04.2020, 18:23
Azərbaycan çempionatı ilə bağlı qərar hüququ AFFA-ya verildi

Futbol üzrə Azərbaycan çempionatlarının davam və ya tamam qərarını AFFA müstəqil olaraq verəcək.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, bu barədə UEFA-nın 55 üzv milli assosiasiya ilə keçirdiyi video-konfransda qərar qəbul olunub. 

Yeganə şərt budur ki, bütün ölkələr verdikləri qərarı müəyyən olunmuş vaxtda qitə futbol qurumunun diqqətinə çatdırmalı və avrokuboklarda hansı komandaların oynayacaqlarını bəyan etməlidir.

Lakin UEFA milli çempionatların sonadək davam etdirilməsini istəyib. Bu, gələn mövsümün qısaldılması sayəsində də gerçəkləşə bilər. Bu məqsədlə qitə futbol qurumu cari mövsümü xilas etmək üçün bütün federasiyalara kömək etmək niyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol