Menu

MSK-nın avtomobili oğurlandı

04.04.2020, 13:34
MSK-nın avtomobili oğurlandı

Bakıda Mərkəzi Seçki Komissiyasına məxsus avtomobil qaçırılıb.

BakuPost-un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Mərkəzi Seçki Komissiyasına məxsus 10 AS 301 dövlət nömrə nişanlı "Kraysler" markalı minik avtomobili naməlum şəxs tərəfindən qaçırılıb.

Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil tapılıb. Avtomobili qaçıran Bakı sakini, 1986-cı il təvəllüdlü A. İbrahimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol