Menu

Fransa bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində - FOTO

04.04.2020, 21:39
Fransa bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində - FOTO

Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub.

"Report" xəbər verir ki, “COVID-19” pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur.

Bununla Heydər Əliyev Mərkəzi “COVID-19”un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Şərhlər

Azer 2020-04-04 22:39:14

basga dovletleri bilmirem, amma Fransaya ucun bu lazim deyildi, ermeni soyqirimini taniyan dovlet

t.ədalət 2020-04-04 22:01:11

Qarabağ savaşında həmişə ermənilərin tərəfində dayanan,ermənilərə hər cür yardım göstərən Fransaya lənət olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol