Bu ay Azərbaycanda banklar və sığorta şirkətləri maliyyə bazarlarına nəzarət orqanına (Azərbaycan Mərkəzi Bankı) haqq ödəməyəcəklər.
"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Məqsəd pandemiyanın mənfi təsir etdiyi maliyyə sektoruna əlavə dəstək verməkdir.


Şərhlər
Banklarınız onsuz da yüksək faizlərlə maksmum varlanıblar. Onların köməyə ehtiyacları varm? Yaxşı lardı ki,həmin banklara borcu olan vətəndaşlara yardım edərdiniz.Onsuz da bankların sahibi iqtidar nümayəndəlidir. bi